Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda 16 yaşlı gənc qətlə yetirilib

16:23 - 2 Oktyabr 2024 tarixində dərc olunub.

Bakı şəhəri, Sabunçu rayonu ərazisində bu gün saat 14 radələrində 2008-ci il təvəllüdlü Həsən Quliyev kəsici alətlə qətlə yetirilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası