Ucnoqta.az
www.ucnoqta.az

Sabah bu ərazidə qaz olmayacaq

17:43 - 1 Oktyabr 2024 tarixində dərc olunub.

Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan Ucnoqta.az-a verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası