Ucnoqta.az
www.ucnoqta.az

"Helen" qasırğasının qurbanlarının sayı 600-ə çata bilər

00:00 - 1 Oktyabr 2024 tarixində dərc olunub.

ABŞ administrasiyası ölkənin cənub-şərqində Helen qasırğasının yaratdığı qurbanların sayının 600-ə çata biləcəyini etiraf edir, lakin bu məlumatları təsdiqləmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin müşaviri Liz Şervud-Rendall Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Müşavir bildirib ki, bizdə olan məlumatlara görə, 600-ə qədər ölü ola bilər deyib.
Eyni zamanda, Şervud-Randall insanların hələ də itkin düşənlər siyahısında olması səbəbindən bu məlumatı təsdiq edə bilməyəcəyini vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası