Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş məhkum külli miqdarda heroinlə tutuldu

14:20 - 30 Sentyabr 2024 tarixində dərc olunub.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ağaqulu Tağıyev saxlanılıb.

Onun üzərindən 2 kiloqramdan artıq heroin aşkar edilib.

Araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası