Ucnoqta.az
www.ucnoqta.az

Nəsrullahın öldürülməsi zamanı İsrail 85 bomba atıb

15:06 - 28 Sentyabr 2024 tarixində dərc olunub.

İsrail qırıcıları şiə lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən hücumda Hizbullahın Beyrutdakı yeraltı qərargahına 1 tonluq 85 bomba atıb.

Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə İsrail ordusunun radiostansiyası çıxış edib.

Bildirilir ki, Beyrutdakı hədəfə “bunker partlayan bombalar” atılıb.

Müəllif: Ucnoqta.az redaksiyası