Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə partlayış, xəsarət alan var

09:39 - 28 Sentyabr 2024 tarixində dərc olunub.

Gəncədə evdə maye qaz balonu partlayıb.

Ucnoqta.az xəbər verir ki, hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası