Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

19:03 - 26 Sentyabr 2024 tarixində dərc olunub.

ABŞ Rusiya Federasiyasının bir vətəndaşına və Cryptex ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Nəşrdə qeyd edildiyi kimi, fəaliyyət növü göstərilməyən rusiyalı Sergey İvanova qarşı sanksiyalar tətbiq edilib.
Bundan əlavə, Sent Vinsent və Qrenadalarda qeydiyyatdan keçmiş Cryptex ödəniş sistemi məhdudiyyət altına düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası