Ucnoqta.az
www.ucnoqta.az

8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb

16:15 - 26 Sentyabr 2024 tarixində dərc olunub.

8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası