Ucnoqta.az
www.ucnoqta.az

Penitensiar Xidmət və DİN-dən birgə əməliyyat

15:47 - 24 Sentyabr 2024 tarixində dərc olunub.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Cahid Mikayıl oğluna məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası