Ucnoqta.az
www.ucnoqta.az

Faktiki hava açıqlanıb - Yağış, dolu ...

13:25 - 23 Sentyabr 2024 tarixində dərc olunub.

Sentyabrın 23-ü saat 13:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi Qazax rayonunun Alpout, Dəmirçilər, Ürkməzli, Çaylı, Ortasalahlı, Aşağısalahlı və Qazaxbəyli, Daşsalahlı kəndlərinə qısamüddətli yağış yağıb, dolu düşüb, dolunun diametri təxminən 10-15 mm olub.

Müəllif: Ucnoqta.az redaksiyası