Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 16 yaşlı qız faciəvi şəkildə öldü

13:43 - 22 Sentyabr 2024 tarixində dərc olunub.

Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.

Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası