Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Azərbaycana daha altı minaaxtaran it verib - Foto

20:17 - 20 Sentyabr 2024 tarixində dərc olunub.

Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dan Azərbaycana daha altı it gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

"Azərbaycana minalardan əraziləri təmizləmək üçün altı yeni qəhrəman gəldi! Berta, Dum, Dasti, Keri, Keno və Reks minaları təmizləmək üçün buradadır", - səfir vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası