Ucnoqta.az
www.ucnoqta.az

Bu küçədə hərəkət məhdudlaşdırılacaq: Sentyabrın 21-dən ...

16:13 - 20 Sentyabr 2024 tarixində dərc olunub.

21 sentyabr tarixindən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Bu barədə Ucnoqta.az-a agentlikdən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Müəllif: Ucnoqta.az redaksiyası