Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 18 yaşlı sürücü piyada qadını vuraraq öldürüb

09:31 - 19 Sentyabr 2024 tarixində dərc olunub.

Bakıda 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Sultanov Ayaz Rəsul oğlu idarə etdiyi "AUDİ A6" minik markalı avtonəqliyyat vasitəsi ilə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada - 1972-ci il təvəllüdlü Əliyeva Kəklik Əli qızını vurub.

Nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası