Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycana gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb

16:27 - 13 Sentyabr 2024 tarixində dərc olunub.

Azərbaycana idxal olunan hind quşu subməhsulunda salmonella bakteriyası aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “TFL-CO.” MMC-nin Rusiyadan idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan üç hind quşu subməhsulu partiyasından götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası