Ucnoqta.az
www.ucnoqta.az

Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

18:25 - 11 Sentyabr 2024 tarixində dərc olunub.

Üç gün əvvəl Cəlilabadda yanıq xəsarətləri alan azyaşlı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Qeyd edək ki, Cəlilabadda evdə baş verən yanğın zamanı Rüqəyya yatmış vəziyyətdə olub. Hadisə yerinə gələn FHN-in Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən xilas olunan uşaq ağır vəziyyətdə Bakıya göndərilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası