Ucnoqta.az
www.ucnoqta.az

Xocavənddə yanğın olub, əraziyə helikopter cəlb olunub - Video

08:47 - 11 Sentyabr 2024 tarixində dərc olunub.

Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası