Ucnoqta.az
www.ucnoqta.az

Depay Braziliya klubu ilə müqavilə imzalayıb

11:39 - 10 Sentyabr 2024 tarixində dərc olunub.

Niderland millisinin hücumçusu Memfis Depay Braziliyanın "Korintians" klubu ilə müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə müqavilə 31 dekabr 2026-cı ilə qədərdir. Depay "Atletiko Madrid"dən ayrıldıqdan sonra azad agent kimi Braziliya klubuna keçib.

Depay Hollandiya millisində 98 oyun keçirib və 46 qol vurub.

Müəllif: Ucnoqta.az redaksiyası