Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda marşrut avtobusu piyadanı vuraraq öldürüb

09:39 - 10 Sentyabr 2024 tarixində dərc olunub.

Sabunçuda 46 saylı marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Hadisə Qaraçuxur qəsəbəsi istiqamətində qeydə alınıb.

Belə ki, "DAEWOO" markalı sərnişin avtobusu "Bakıxanov Ticarət Mərkəzi"nin yaxınlığında yolu keçən piyada 1971-ci ildə təvəllüdlü Xudiyev Elmidar Kazım oğlunu ehtiyatsızlıqdan vurub.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan piyada müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır///APA

Müəllif: Ucnoqta.az redaksiyası