Ucnoqta.az
www.ucnoqta.az

Kişi arvadını qorxutmaq üçün güllələdi 

13:17 - 9 Sentyabr 2024 tarixində dərc olunub.

Lerikdə silahlı insident olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zövnə kəndində qeydə alınıb. 

Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib. 

Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib. 

O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib. 

C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az redaksiyası