Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan KTMT-dən çıxa bilər - Simonyan

12:49 - 9 Sentyabr 2024 tarixində dərc olunub.

Ermənistan parlamentinin sədri ölkənin KTMT-dən çıxmasını istisna etməyib

Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan brifinqdə bildirib.

“Heç nəyi istisna etmək olmaz” - o, jurnalistin bu barədə sualını cavablandırarkən deyib.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə ölkənin təşkilatda iştirakını dondurduğunu demişdi.

Müəllif: Ucnoqta.az redaksiyası