Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə yük maşınları toqquşub

09:00 - 3 Sentyabr 2024 tarixində dərc olunub.

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, Hacıməlik qəsəbəsi ərazisində 2 yük maşının toqquşması nəticəsində 55 yaşlı Ə.Hacıyev və 54 yaşlı B.Zərbəliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası