Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə keçmiş məhkumdan tapança götürülüb

08:08 - 3 Sentyabr 2024 tarixində dərc olunub.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, ondan bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası