Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda zəncirvari qəza olub, xəsarət alan var

20:57 - 2 Sentyabr 2024 tarixində dərc olunub.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ-2107" ilə "Toyota" və "VAZ-21011" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./apa

Müəllif: Ucnoqta.az redaksiyası