Ucnoqta.az
www.ucnoqta.az

Polşa qırıcılarını səmaya qaldırdı

07:41 - 2 Sentyabr 2024 tarixində dərc olunub.

 Polşa Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyəti ilə əlaqədar çərşənbə axşamı səhər tezdən qırıcı təyyarələrini səmaya qaldırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığının X-də dərc edilmiş açıqlamasında deyilir.

Qeyd olunur ki, Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb.

Komandanlıq Polşanın cənub-şərq hissəsində ölkənin hava məkanında ölkə və müttəfiqlərinin hərbi təyyarələrinin hərəkətləri ilə bağlı səs-küy səviyyələrində artım ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Müəllif: Ucnoqta.az redaksiyası