Ucnoqta.az
www.ucnoqta.az

Göyərtəsində 15 nəfər olan təyyarə əkin sahəsinə düşdü

14:44 - 31 Avqust 2024 tarixində dərc olunub.

An-2 təyyarəsi Şimali Osetiyada sərt eniş edib.

Ucnoqta.az “Baza”ya istinadən xəbər verir ki, təyyarə Mayramadağ kəndi yaxınlığındakı əkin sahəsinə düşüb. İlkin məlumata görə, təyyarədə 15 nəfər olub.
İkisi uşaq olmaqla bir neçə nəfər yaralanıb. 

Mənbələrin məlumatına görə, təyyarə Jizel aerodromundan havaya qalxıb. Təyyarədə bir neçə paraşütçü və göy öskürəkdən əziyyət çəkən üç uşaq olub. 

Müəllif: Ucnoqta.az redaksiyası