Ucnoqta.az
www.ucnoqta.az

Suraxanıdakı yanğına görə bir nəfərə tibbi yardım göstərilib - TƏBİB

16:24 - 30 Avqust 2024 tarixində dərc olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verib. “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Müəllif: Ucnoqta.az redaksiyası