Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda 5,4 bal gücündə zəlzələ baş verib

10:46 - 29 Avqust 2024 tarixində dərc olunub.

Əfqanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 125 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası