Ucnoqta.az
www.ucnoqta.az

Yük avtomobilində yanğın olub, sıxlıq yaranıb

15:40 - 28 Avqust 2024 tarixində dərc olunub.

Yasamal rayonu, Moskva prospekti (tunelin çıxış hissəsində) hərəkətdə olan yük avtomobilində yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası