Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Türkiyəyə getdi

10:00 - 27 Avqust 2024 tarixində dərc olunub.

Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Ucnoqta.az-a XİN-dən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası