Ucnoqta.az
www.ucnoqta.az

Qrossi avqustun 27-də Kursk AES-ə gedəcək

16:38 - 26 Avqust 2024 tarixində dərc olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi avqustun 27-də Kursk AES-ə gedəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın saytındakı press-relizdə deyilir. Qeyd olunur ki, AEBA rəhbəri ərazidəki vəziyyəti şəxsən qiymətləndirəcək.

Bildiriir ki, silahlı münaqişələr zamanı nüvə təhlükəsizliyi prinsipləri, eləcə də xüsusi olaraq Zaporojye AES üçün hazırlanmış prinsiplər Kursk AES-ə də tətbiq oluna bilər.

Müəllif: Ucnoqta.az redaksiyası