Ucnoqta.az
www.ucnoqta.az

ABŞ ordusu Yəmənə zərbələr endirib

00:21 - 19 Avqust 2024 tarixində dərc olunub.

ABŞ ordusu Yəməndə Ənsar Allah üsyançı hərəkatının husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) hədəfə alaraq zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın X səhifəsində bildirilir ki, CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə bir Husi PUA-nı müvəffəqiyyətlə məhv edib.

Müəllif: Ucnoqta.az redaksiyası