Ucnoqta.az
www.ucnoqta.az

Obyektdə başlayan yanğın evə keçdi

16:31 - 15 Avqust 2024 tarixində dərc olunub.

 

Bakının Xətai rayonu N.Tusi küçəsində obyektdə yanğın hadisəsi baş verib və alov yaxınlıqdakı yaşayış evinə keçib.

Ucnoqta.az Baku.ws-ə istinadən xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası