Ucnoqta.az
www.ucnoqta.az

MİQ-in test imtahanı mərhələsinin nəticələri açıqlanıb

19:30 - 11 İyul 2024 tarixində dərc olunub.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Ucnoqta.az-a Təhsil institundan məlumat verilib.

Bildirilib ki, 2-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edilib ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Müəllif: Ucnoqta.az redaksiyası