Ucnoqta.az
www.ucnoqta.az

Agentlik sədri qudasını yüksək vəzifəyə təyin etdi

11:29 - 7 İyun 2024 tarixində dərc olunub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri  Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.

Müəllif: Ucnoqta.az redaksiyası