Ucnoqta.az
www.ucnoqta.az

Prezident DTX ilə bağlı Fərmanda dəyişiklik etdi

10:31 - 6 İyun 2024 tarixində dərc olunub.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Fərmanla Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərmanda dəyişikliklər təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası