Ucnoqta.az
www.ucnoqta.az

Daha 1300 rus hərbiçi Ukraynada həlak olub - SİYAHI

08:52 - 6 İyun 2024 tarixində dərc olunub.

Ukrayna Silahlı Qüvvələri son sutkada 1300 rusiyalı hərbçini məhv edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, 24 fevral 2022-ci ildən 6 iyun 2024-cü il tarixədək rus işğalçılarının ümumi döyüş itkiləri təxminən: şəxsi heyət - təxminən 515.000 (+1.300) nəfər, tanklar ‒ 7828 (+22) ədəd, zirehli döyüş maşınları - 15 076 (+40) ədəd, artilleriya sistemləri – 13433 (+48) ədəd, RSZV – 1095 (+3) ədəd, hava hücumundan müdafiə vasitələri - 831 (+1) ədəd, təyyarə - 357 (+0) ədəd, helikopterlər - 326 (+0) ədəd, Əməliyyat-taktiki səviyyəli PUA-lar - 10846 (+41) ədəd, qanadlı raketlər - 2270 (+0) ədəd, gəmilər / qayıqlar ‒ 27 (+0) ədəd, sualtı qayıqlar - 1 (+0) ədəd, avtomobil avadanlığı və yük maşınları - 18 360 (+63) ədəd, xüsusi avadanlıq - 2230 (+7) ədəd.

Məlumatlar dəqiqləşdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası