Ucnoqta.az
www.ucnoqta.az

Avtobuslarda 60-dan çox şəxsi soyan cibgirlər saxlanıldı

14:58 - 5 İyun 2024 tarixində dərc olunub.

Bakıda cibgirliklə məşğul olan şəxslər polis tərəfindən saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinən məlumat verilib. 

38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub. 

V.Həsənov əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub. 

Müəllif: Ucnoqta.az redaksiyası