Ucnoqta.az
www.ucnoqta.az

Konte "Napoli"nin baş məşqçisi oldu

14:20 - 5 İyun 2024 tarixində dərc olunub.

Antonio Konte "Napoli"nin yeni baş məşqçisi olub

Ucnoqta.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb. Konte ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub

2023-cü ildə çempion olan klub ötən mövsüm A seriyasını cəmi 10-cu yerdə başa vurub.

Konte "Tottenhem"dən qovulduqdan sonra ötən ilin martından komandasız qalıb.

Müəllif: Ucnoqta.az redaksiyası