Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda çay evi yanıb

10:19 - 2 İyun 2024 tarixində dərc olunub.

Sabirabad rayonunun Qalağayın kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli çay evinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası