Ucnoqta.az
www.ucnoqta.az

Kanalda batan hərbçimizin meyiti tapıldı

23:51 - 27 May 2024 tarixində dərc olunub.

Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçinin cəsədi sudan çıxarılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Eyvazovun cəsədi Samur-Dəvəçi-Abşeron su kanalından tapılaraq çıxarılıb.

Hərbçinin cəsədi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası