Ucnoqta.az
www.ucnoqta.az

Səhiyyə nazirindən yeni təyinatlar

12:30 - 24 May 2024 tarixində dərc olunub.

Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini - baş həkim vəzifəsinə təyin edilib. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb. 

Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib. 

Müəllif: Ucnoqta.az redaksiyası