Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada daha bir yüksək vəzifəli şəxs həbs olundu

14:54 - 23 May 2024 tarixində dərc olunub.

Federal Penitensiar Xidmətin Moskva vilayəti üzrə Baş İdarəsinin rəis müavini Vladimir Talayev külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Bildirilir ki, Talayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsi (külli miqdarda rüşvət alma) ilə şübhəli şəxs qismində saxlanılıb.

Vladimir Talayev Moskva vilayəti üzrə GUFSIN rəhbərinin müavini olaraq, maliyyə-təsərrüfat şöbəsinin, əsaslı tikinti və təmir idarəsinin, maddi-texniki təminat şöbəsinin, maddi-texniki təchizat və hərbi təchizat bazasının fəaliyyətini əlaqələndirir və nəzarət edir.

Müəllif: Ucnoqta.az redaksiyası