Ucnoqta.az
www.ucnoqta.az

Çində məktəbli sinif yoldaşını öldürüb

15:56 - 22 May 2024 tarixində dərc olunub.

Çinin cənub-qərbindəki Yunnan əyalətində orta məktəb şagirdi sinif yoldaşını öldürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə mayın 21-də səhər saatlarında Yanjin qraflığının Miaoba kəndində baş verib. Qətl meyvə bıçağı ilə törədilib.

Məlumata görə, şagird yerli xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası