Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Ermənistan XİN başçıları mayın 10-da görüşəcək

11:06 - 6 May 2024 tarixində dərc olunub.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

Ucnoqta.az xəbər verir ki bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə məlumat yayıb.

Onun sözlərinə görə görüş mayın 10-da Almatıda baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası