Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafedən pul oğurlanıb

10:01 - 23 Aprel 2024 tarixində dərc olunub.

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası