Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə silah-sursat aşkarlanıb

10:34 - 17 Aprel 2024 tarixində dərc olunub.

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Xankəndi şəhəri ərazisindən 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 14 patron darağı, 1195 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası