Ucnoqta.az
www.ucnoqta.az

Lufthansa Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

12:20 - 16 Aprel 2024 tarixində dərc olunub.

 Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" aprelin 16-da Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin saytında dərc edilmiş məlumatda deyilir. Lakin Tehran və Beyruta aprelin 18-i daxil olmaqla uçuşlar yerinə yetirilməyəcək.

"Lufthansa"nın aprelin 18-i daxil olmaqla İranın hava məkanından istifadə etməyəcəyi bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası