Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı Asiya üçün əksər neft növlərinin qiymətini qaldıracaq

08:34 - 8 Aprel 2024 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı may ayında Asiya alıcıları üçün əksər neft növlərinin qiymətini qaldıracaq.

Ucnoqta.az xəbər verir ki, “Saudi Aramco” dövlət şirkətinin açıqlamasına görə, Asiyaya tədarük edilən əsas neftin - Arab Light markalı neftin qiyməti bir barel üçün 0,3 dollar artacaq. Nəticədə Oman və Dubaydan gələn neft səbətindən 2 dollar baha olacaq. 

ABŞ və Şimal-Qərbi Avropaya tədarük edilən neftin qiymətləri əsasən dəyişməz qalacaq, Aralıq dənizində bir barel üçün 0,1-0,4 dollar artacaq.

Müəllif: Ucnoqta.az redaksiyası