Ucnoqta.az
www.ucnoqta.az

Beş yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

18:20 - 5 Aprel 2024 tarixində dərc olunub.

Sumqayıt şəhərində beş yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.

2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.

Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası